Bakı şəhərinin bir sıra məktəbləri ABOEM üzrə Dövlət Agentliyinə müraciət edib

Bakı şəhəri üzrə Təhsil İdarəsinin “Təhsili dəyərə çevirək” devizi altında orta məktəblərdə  həyata keçirdiyi “ekoloji aylıqlar” çərçivəsində mart ayında  bütün orta təhsil müəssisələrində  planlaşdırdığı “alternativ enerji mövzusu ətrafında araşdırma, fəaliyyət və müxtəlif məzmunlu tədbirlərin həyata keçirilməsi məqsədilə Bakı şəhərinin bir sıra orta məktəbləri ABOEM üzrə Dövlət Agentliyinə müraciət edib. 129, 140, 151, 309 saylı orta məktəblərin  bu istiqamətdə cari ay ərzində şagirdlərin maarifləndirilməsi məqsədilə təlim və seminarların keçirilməsi və ekskursiyaların təşkili üçün Dövlət Agentliyinə müraciəti əsasında 13-17 mart tarixlərində ABOEMDA-nın mütəxəssisləri Cahid Mikayılov, Günel Əlizadə, Ülviyyə Əzizova, Əlisgəndər Salamov, Mehriban Vəliyeva, Pərvin Məmmədzadə tərəfindən adı gedən orta məktəblərdə yenilənə bilən enerji növləri, bərpa olunan enerjinin əhəmiyyəti, ölkəmizin bu istiqamətdə potensialı və Dövlət Agentliyinin cari sahədə gördüyü işlər və s mövzuda nəzəri və təcrübi təlimlər keçirildi. 18-20 mart 2017-ci il tarixində isə adı gedən məktəblərin şagirdləri Qobustan Experimental Poliqonu və Tədris Mərkəzinə ekskursiya ediblər.

Qeyd edək ki, təlimlər bayram tətilindən sonra da ay sonuna qədər davam edəcək.