Məktəblilərin Qobustan Eksperimental Poliqonu və Tədris mərkəzinə ekskursiyası bayram günlərində də davam edir

ABOEM üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Yenilənə bilən enerji ilə biliyimizi yeniləyək”  adı altında orta məktəblərdə  keçirilən  layihə çərçivəsində məktəblilərin Qobustan Eksperimental Poliqonu və Tədris mərkəzinə ekskursiyası bayram günlərində də davam etdirildi. 11 mart 2017-ci il tarixindəki ekskursiyanın davamı olaraq 18-20 mart 2017-ci il tarixlərində də 129, 140, 246 saylı orta məktəblərdən 100 nəfərə qədər  müəllim- şagird heyəti həftə ərzində adı çəkilən məktəblərdə bərpa olunan enerji növləri, onların xüsusiyyətləri, bərpa olunan enerjinin əhəmiyyəti, ölkəmizin bu istiqamətdə potensialı və Dövlət Agentliyinin cari sahədə gördüyü işlər və s mövzuda  Dövlət agentliyi tərəfindən keçirilən təlimləri təcrübi yekunlaşdırmaq, şagirdlərin əldə etdikləri nəzəri biliklərin praktikada tətbiqini möhkəmləndirmək məqsədilə ekskursiya etdilər. Ekskursiya zamanı tələbələrə günəş panellərin işlənməsi, prinsipləri, külək stansiyaların növləri və texnologiyası, mərkəzdə  fəaliyyət göstərən “ağıllı şəbəkə” haqqında geniş məlumatlar verildi.

Tədbir  xalqımızın milli bayramı olan Novruz bayramı günlərinə təsadüf etdiyi üçün  ekskursiya heyəti Dövlət Agentliyinin təşkil etdiyi bayram şənliyində iştirak etdilər.