Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirildi

16 mart 2017-cı il tarixində ABOEM üzrə Dövlət Agentliyinin təşkilatçılığı və Agentliyin Həmkarlar İttifaqı Komitəsinin (HİK) təşəbbüsü ilə Bakı - Quba yolunun 32-ci km-də ağacəkmə aksiyası keçirildi. Korporativ sosial məsuliyyət siyasəti çərçivəsində keçirilən aksiyanın məqsədi ekoloji balansın bərpası, atmosferin oksigenlə zənginləşdirilməsi, ətraf mühitin təhlükəsizliyinin və  insanların sağlamlığının təmin edilməsi idi.  Aksiyada Dövlət Agentliyinin,  “Azalternativenerji” MMC-nin və “Azgüntex” zavodunun yüzdən çox əməkdaşı  iştirak edib. Aksiya çərçivəsində görülən işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikamızda yaşıllıqların artırılması barədə göstərişinin yüksək səviyyədə həyata keçirilməsinə xidmət göstərir.

Tədbir çərçivəsində mövcud yaşıllıqlara qulluq göstərilib,  1000ə yaxın yeni ağac əkilərək onların sahəsi artırılıb.  Aqrotexniki qaydalara uyğun, səliqə ilə əkilən tinglərin dibləri bərkidilib və suvarılıb.  Bundan sonra da yaşıllıqların artırılması, yeni ağacların əkilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilməsi nəzərdə tutulur.