ABOEM üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə orta məktəblərdə keçirilən silsilə tədbirlər bu həftə də davam etdirildi

ABOEM üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Yenilənə bilən enerji ilə biliyimizi yeniləyək”  adı altında orta məktəblərdə  keçirilən  silsilə tədbirlər bu həftə də  “Buklet yarış-treningi” ilə davam etdirildi. Belə ki, 13-17 mart tarixləri arasında 36, 80, 126, 203 saylı məktəblərdə Dövlət Agentliyinin mətbuat katibi Rübabə Qasımova tərəfindən şagirdlərə buklet (broşura) haqqında teoremik nəzəri biliklər öyrədildi, müxtəlif formalı bukletlərin hazırlanması qaydaları təcrübi olaraq izah edildi. Treningin keçirilməsinin məqsədi şagirdlərin tükənməyən enerji mənbələri haqqında əldə etdikləri bilik və bacarıqlarının tətbiqi imkanlarını genişləndirmək, eyni zamanda onlara yeni bir sahəni öyrətməklə tədrisə köməkçi olmaq və  məktəblilərin sosiallaşmasında, qlobal inteqrasiya prosesində mühüm rol oynamaqdır.

Qeyd edək ki, adı çəkilən məktəblərin şagirdləri qrup şəklində 10 gün müddətində alternativ enerji mənbələri haqqında maarifləndirici və ya reklam xarakterli bukletlər hazırlayacaqlar. Hazırladıqları bukletlər vasitəsilə vətəndaşlar arasında video sorğu keçirib, öz qənaətlərini esse şəklində də yazacaqlar.