ABOEM üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Yenilənə bilən enerji ilə biliyimizi yeniləyək” adı altında orta məktəblərdə keçirilən silsilə təlimlər bu gün Nərimanov rayon 36 saylı orta məktəbdə davam etdirildi

“Uşaqdan böyüyə - zərərsiz enerji həftəsi” çərçivəsində keçirilən təlimlər 10 mart 2017-ci il tarixində  Nərimanov rayon 36 saylı tam orta məktəbdə  keçirildi. İlk olaraq adı gedən məktəbin direktoru Emilya Səfərəliyeva və Dövlət Agentliyinin mətbuat katibi Rübabə Qasımova şagirdlərə alternativ enerji aylığı çərçivəsində keçiriləcək təlim-treninglər, hazırlanacaq plakatların və çəkiləcək rəsm əsərlərinin xarakteristikası haqqında, eləcə də ekskursiyalar barədə məlumat verdilər.  Daha sonra DA-nın mütəxəssisləri Cahid Mikayılov və Fəqan Abdurəhmanov tərəfindən 6-10-cu sinif şagirdlərinə tükənməyən enerji növləri, alternativ enerjinin əhəmiyyəti, ölkəmizin bu sahədə potensialı və Dövlət Agentliyinin yenilənə bilən enerji sektorunun inkişafı məqsədilə gördüyü işlər, həyata keçirdiyi layihələr haqqında nəzəri və praktik biliklər öyrədildi, şagirdləri maraqlandıran suallar cavablandırıldı. DA-nın mətbuat katibi R.Qasımova isə şagirdlərdə diqqətin paylanması və cəmlənməsi bacarıqlarını inkişaf etdirmək üçün rollu oyunlar keçirdi. Eyni zamanda, şagirdlər təhsilyönümlü beyin həmləsi metodları və kreativ salamlaşma üsulları ilə tanış oldular.