Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edir

Müsahibədə inzibati vəzifələrdə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.

Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

  • ərizənin surəti
  • əmək kitabçasının surəti
  • ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında sənədin surəti ilə birlikdə)
  • kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir)
  • bir ədəd ağ fonda foto şəkil
  • son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 29 sentyabr 2016-cı il tarixdən
13 oktyabr
2016-cı il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00‑dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.

    Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsin­də müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə müraciət edilə bilər. 

  • Texniki tənzimləmə şöbəsi, böyük məsləhətçi

   İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 40, Hökumət evi

İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat

Vəzifə maaşı: 520 manat

Qulluq funksiyaları: alternativ və bərpa olunan enerji mənbələrindən səmərəli istifadə olunması sahəsində (bundan sonra müvafiq sahə) milli standartların, texniki reqlamentlərin, təlimatların, tövsiyələrin, metodiki göstərişlərin hazırlanmasında iştirak etmək; müvafiq sahə üzrə dövlət proqramlarının, inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; səlahiyyəti daxilində standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması və qeydə alınması üçün tədbirlərin görülməsində iştirak etmək; müvafiq sahənin infrastrukturunun etibarlı mühafizəsini təmin edən və bu işin lazımi səviyyədə qurulması üçün tələb olunan müasir avadanlığın, texnologiyaların, texniki və digər xüsusi vasitələrin tətbiqinə və istifadəsinə dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək; müvafiq sahə üzrə fəaliyyətin və texniki normativ hüquqi aktların tənzimlənməsi məsələləri ilə bağlı beynəlxalq təcrübəni öyrənmək; fəaliyyət istiqamətləri üzrə dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan normativ hüquqi aktlara qanunvericiliyə uyğun olaraq rəy və təkliflərin bildirilməsində iştirak etmək; müvafiq sahə üzrə həyata keçirilən layihələrdə, yerli və ya xarici təşkilatların alternativ və bərpa olunan enerji mənbələrindən istifadə üzrə təşkil etdikləri tədbirlərdə (iclaslarda, konfranslarda, müşavirələrdə və s.) iştirak etmək; müvafiq sahə üzrə şöbənin hesabatlarının və digər sənəd layihələrinin hazırlanmasında iştirak etmək; cari işlərin görülməsi və s.

Vəzifənin tutulması şərtləri: təhsil: İqtisadiyyatın tənzimlənməsi, istehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi (sahələr üzrə), İstilik çevirici, qeyri-ənənəvi və bərpa olunan enerji mənbələri və qurğuları, standartlaşdırma və sertifikasiya (sahələr üzrə), hüquqşünaslıq və beynəlxalq hüquq istiqaməti üzrə ali təhsil;

 iş stajı: azı 2 il;

   kompyuter: MS Windows, MS Office, Internet və s. (orta-yüksək səviyyədə);

xarici dil: rus dili (yüksək səviyyədə), ingilis dili (yüksək səviyyədə)

  •  Hüquq və beynəlxalq əlaqələr şöbəsi, aparıcı məsləhətçi

   İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 40, Hökumət evi

İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat

Vəzifə maaşı: 510 manat

Qulluq funksiyaları: alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə olunması sahəsində (bundan sonra-müvafiq sahədə) qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq; Agentlik tərəfindən tərtib olunmuş və ya daxil olmuş müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək; Agentliyin struktur bölmələrinə normativ sənədlərin hazırlanmasında hüquqi yardım göstərmək; Agentliyin strukturları tərəfindən hazırlanmış normativ sənədlərin qanunvericiliyə uyğunluğuna dair rəylər vermək; Agentliyə ünvanlanmış və icrası şöbəyə tapşırılmış müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada baxılmasını və müvafiq tədbirlərin görülməsini təmin etmək; peşə fəaliyyəti və vəzifə  öhdəlikləri ilə əlaqədar bilik və bacarıqlarını mütəmadi olaraq təkmilləşdirmək üçün ölkədə və eləcə də xaricdə keçirilən təlim, seminar, konfrans və digər tədbirlərdə iştirak etmək; cari işlərin görülməsi və s.

Vəzifənin tutulması şərtləri: təhsil: hüquqşünaslıq, beynəlxalq hüquq ixtisas istiqamətləri üzrə ali təhsil;

 kompyuter: MS Windows, MS Office, Internet və s. (orta-yüksək səviyyədə);

xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)

 

 Telefon:   498-75-37