“Bakıda “Dayanıqlı İnkişaf üçün Enerji” 7-ci beynəlxalq forumu keçiriləcək

2015-ci ilin sentyabrında BMT Baş Assambleyası tərəfindən “2030 Dayanıqlı İnkişaf Gündəliyinə müvafiq olaraq,  BMT və digər beynəlxalq təşkilatlar, dövlətlər və özəl sektor Dayanıqlı İnkişaf Məqsədlərini və İqlim Dəyişikliyi haqqında “Paris razılaşması”ndan irəli gələn tələblərin tətbiqi istiqamətində fəaliyyətə başladılar. Dayanıqlı İnkişaf gündəliyinə uyğun tədbirlərin həyata keçirilməsi zamanı üzv ölkələrdən onların milli enerji  üzrə proqramlarında vahid və çevik fəaliyyət, milli və beynəlxalq kontekstdən yanaşma tələb olunur. Belə olan təqdirdə çoxşaxəli inkişafa nail olmaq mümkündür. “Dayanıqlı İnkişaf üçün Enerji” 7-ci Beynəlxalq Forumu  çağırışları müzakirə etmək, iddialı və konkret məsələlərdə birgə razılığa gəlmək imkanını yaradacaqdır.

“Paris Razılaşması”nda vurğulanan iqlim dəyişikliyi məqsədlərinə (Müəyyən Olunmuş Milli Fəaliyyətlər çərçivəsində) dəstək olmaq, enerji sektorunda karbon intesivliyinin azaldılması məqsədilə bərpa olunan enerji sahəsinə investisiyaların cəlbi  və onların milli öhdəliklərə çevrilməsinə nail olmaq  7-ci Forumun əsas məqsədləri sırasındadır. Eyni zamanda, 2017-ci il iyunun 11-də Qazaxıstanın Astana şəhərində vacib məsələlərin qəbul olunmasında xüsusi rol oynayacaq “Dayanıqlı İnkişaf üçün Enerji” 8-ci Beynəlxalq Forumu  çərçivəsində enerji nazirlərinin birgə razılığa gələcəyi mövzular  Bakı Forumunda müzakirə olunacaq.

“Dayanıqlı İnkişaf üçün Enerji” 7-ci Beynəlxalq Forumu  18-21 oktyabr 2016-cı ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək. Forum Azərbaycan höküməti, BMT-nin regional komissiyaları, Beynəlxalq Enerji Agentliyi (IEA), Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA), BMT İnkişaf Proqramının (UNDP) Azərbaycan ofisi, Enerji səmərəliliyi üzə Kopenhagen Mərkəzi (C2E2) və 21-ci əsr üçün Bərpa Olunan Enerji Siyasəti Şəbəkəsinin (REN21) birgə təşkilatçılığı ilə baş tutacaq. Yeddinci forum çərçivəsində plenar iclaslarla yanaşı yüksək səviyyəli iclaslar, paralel seminarlar və 4 gün ərzində obyektlərə səfərlər həyata keçiriləcək.  300-dək beynəlxalq enerji eksperti, hökümət rəsmiləri, biznes, maliyyə sektorunun nümayəndələri, alimlər və vətəndaş cəmiyyəti üzvləri  Foruma qatılaraq Dayanıqlı  İnkişaf Məqsədlərinin  həyata keçirilməsi istiqamətində təcrübə mübadiləsi aparacaq. Foruma “Bərpa olunan Energetikanın inkişafı”   beynəlxalq konfransı, həmçinin ilk dəfə olaraq BMT AİK-in Bərpa olunan Enerji və Enerji Effektivliyi üzrə Ekspertlər qrupunun  növbəti sessiyaları daxil olacaq. Paralel seminarlara Bərpa Olunan Enerji İnvestisiyaları üzrə Siyasi İslahatlar Seminarı, Mərkəzi Asiya İqtisadiyyatı üzrə BMT-nin Xüsusi Proqramının( SPECA) - Enerji, Su və Ətraf Mühit üzrə Tematik İşçi Qrupu və Bərpa Olunan Enerjinin üfiqləri üzrə seminarlar  daxildir.

Tədbirin məqsəd və məzmunu

7ci Forum öncəki forumların qərarlarına istinad etməklə, iştirakçı dövlətləri Dayanıqlı İnkişaf Məqsədlərinin enerji sektoru üzrə qarşıya qoyduğu qısa və orta müddətli məqsədlərə çatmaq üçün inkişaf planının hazırlanmasına mühüm imkan yaradır.  Ötən 2 Forumda qəbul edilmiş qərarlar dayanıqlı enerjinin gələcək inkişafı üçün uzunmüddətli keçid yaradır və  BMT regional komissiyalarının istinad edə biləcəyi  addımları müəyyən edir:

1.Üzv dövlətlərə milli səviyyədə dayanıqlı enerji fəaliyyət planını inkişaf etdirməyə dəstək olmaq;

  1. Milli Enerji Statistika Proqramlarının təkmilləşdirilməsi istiqamətində üzv dövlətlərlə birgə əməkdaşlıq əlaqələri yaratmaq;
  2. Hammamet Deklarasiyasından irəli gələn istiqamətlər üzrə üzv dövlətlərin inkişafına nail olmaq: Enerji Bazarı İslahatları, Enerji Səmərəliliyi, Bərpa Olunan Enerji, Enerjiyə çıxış, Enerji Təhlükəsizliyi, Maliyyə və İnvestisiya, Texnologiya, Energetikaya dair məlumat bazası, Göstəricilər və Təhlillər;
  3. Texnologiya və təcrübə mübadiləsi, bu istiqamətdə ən yaxşı nümunələr;
  4. Beynəlxalq səviyyədə qəbul edilmiş minimum enerji effektivliyi standartlarını bütün sahələr üzrə inkişaf etdirmək.

 Dayanıqlı Enerjiyə nail olmaq

Fərqli iqtisadi inkişaf, mövcud resurslar və enerji qarışığı, həmçinin mühüm qərarların qəbul edilməsinə nail olmaq üzrə müxtəlif prioritetlər ölkələrin milli enerji strategiyalarında qeyd olunur. Hazırda dayanıqlı enerji sistemi haqqında vahid yanaşma mövcud deyildir. Dayanıqlı enerji haqqında müxtəlif konsepsiyalar milli və regional enerji strategiyalarında fərqli cür ifadə olunur, nəticə etibarilə müxtəlif yanaşmalar və ondan irəli gələn nəticələrin ortaya çıxdığına şahid olmaq olur. Bəzi ölkələr dayanıqlı enerji anlayışını istixana qazlarının emissiyasını azaltmaq, bərpa olunan enerjiyə əsaslanan strategiyanı həyata keçirmək və qısa müddətdə enerjidən səmərəli istifadəni tətbiq etmək, bununla da bərpa olunmayan resurslardan istifadəni aradan qaldırmaq ehtiyacı kimi qəbul edir. Digər ölkələr dayanıqlı enerjini əhalinin enerjiyə olan ehtiyacının milli resursların səmərəli şəkildə istifadəsinin təmin edilməsi kimi qiymətləndirir. Bəzi  ölkələr isə iqlim dəyişikliyi məsələlərini prioritet hesab edir, ənənəvi enerjidən istifadəni davam etdirməklə, enerji sistemlərində karbon tullantılarının azalmasına nail olmağa təşəbbüs göstərirlər.

Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqini təmin edən dayanıqlı enerji, gələcəkdə vahid  sistemə çevrilməklə ekoloji, iqtisadi və sosial aspektləri özündə cəmləşdirir. Bu sistem dayanıqlı inkişafın bütün aspektlərini, xüsusilə iqlim dəyişikliyi və təbii ehtiyatların istifadəsi, yeni iş yerlərinin yaradılması və enerji təhlükəsizliyi, sosial tolerantlıq, səhiyyə və enerji təminatını əhatə etməlidir.

Dayanıqlı inkişaf üçün enerji forumları  enerjinin ekoloji izlərinin azaldılması, həmçinin dayanıqlı inkişaf üçün zəruri olan enerji təminatı kimi  hər iki istiqamətin hansı məna kəsb etdiyini və Dayanıqlı inkişaf Məqsədlərinin enerjiyə dair müddəalarının səmərəli tətbiqi üçün mühüm imkanlar yaradır. 2017-ci il Forumu çərçivəsində Enerji Nazirlərinin konfransında iştirak edəcək ölkələr  mühüm ümumbəşəri qərarlar ətrafında  razılığa gələcəkləri və onların sürətli həllində bir araya gələcəkləri gözlənilir.

 

Plenar iclasların və paralel seminarların əsas mövzusu

 

Plenar iclasların və paralel seminarların mövzulara aşağıdakılar daxildir:

Dayanıqlı Enerji Gündəliyi

  • Dayanıqlı Enerji Gündəliyinə neft qiymətindəki dəyişikliklərin təsiri
  • Riskli və qeyri-müəyyən vəziyyətlərdə orta və uzunmüddətli qərarların qəbulu üçün zəruri şəraitin yaradılması
  • Enerjiyə gələcək baxış və müvafiq göstəricilər
  • Enerji məhsuldarlığı: Ölçü və inkişaf meyarlarının tətbiqi
  • Gələcək enerji sistemləri və bazar tarazlığı
  • Müəyyən olunmuş milli fəaliyyətlər sahəsində mövcud boşluqlar, Milli fəaliyyətlər və qarşıya qoyulan məqsədlər

Gələcəyin dayanıqlı enerji sistemləri

  • Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi üzrə innovasiyalar və mövcud yeni texnologiyalar
  • Regionda investisiya maneələrini aşmaq; infrastrukturun maliyyələşməsi
  • Karbon tullantılarının azaldılması üçün düzgün bazar şərtlərinin yaradılması
  • Bərpa olunan enerjinin “ağıllı” inteqrasiyası
  • Gələcək enerji sistemində mədən yanacağının rolu
  • Su, Ərzaq və Enerjinin ağıllı şəhərlərə və nəqliyyat sistemlərinə inteqrasiyası

Milli fəaliyyət planları

  • Milli fəaliyyət planları və vahid enerji siyasətləri
  • Milli fəaliyyət planlarında enerji və iqlim məqsədlərinin ümumiləşdirilməsi
  • Enerji siyasətinin formalaşmasında, layihələrin inkişafı/həyata keçirilməsində insan resursları və institusional imkanlar
  • Bərpa olunan enerji üzrə Minilliyin İnkişaf Məqsədləri və Müəyyən Olunmuş Milli Fəaliyyətlər haqqında dəqiq məlumatların toplanmasında milli imkanların artırılması
  • BMT-nin regional komissiyalarının rolu

        Tarixçə

Hamı üçün dayanıqlı enerji (Se4ALL)  Qlobal Müşahidə Çərçivəsinin 2015-ci il hesabatına istinadən  2010-2012-ci il müddətində mövcud geriləmələr 2030-cu il üçün enerji müəssərliyi, enerji səmərəliliyi və bərpa olunan enerji üzrə prioritet addımları göstərir. Buna baxmayaraq, 2010-2012 ci ildə aparılan müşahidələr nəticəsində  bəzi ümidverici irəliləyişlər, iddialı hədəflərə nail olmaq üçün nikbinlik yaradır.

İqlim dəyişikliyi dövrümüzün ən böyük problemlərindən biridir, lakin eyni zamanda həyat səviyyəsinin yüksəlməsi və inkişafa nail olmaq üçün enerji müəssərliyinin təmin olunması vacib amillərdən biridir. Dayanıqlı inkişaf sisteminə keçid enerji səmərəliyinin təmin olunması, ətraf mühitə təsirlərin, enerji  və karbon tullantılarının azaldılması və enerji bazarlarındakı uğursuzluqların qarşısını alınması üçün imkanlar yaradır.

        Enerji səmərəliliyi  daha az resursla daha çox və keyfiyyətli məhsulların və xidmətlərin istehsalına imkan yaradır. Enerji səmərəliliyinin tətbiqi qlobal temperatur həddinin 2 C-dən az məhdudlaşdırılması üçün zəruri olan 40 faiz emissiya azalması ilə nəticələnəcəkdir. Enerji səmərəliliyi sahəsində müəyyən irəliləyişlərin əldə olunmasına baxmayaraq, onun tətbiqi yetəri səviyyədə deyildir. Enerji səmərəliliyi iri miqyaslı bazara sahib olsa da, bu hazırki  qlobal enerji və iqlim dəyişiklikləri kontekstində kifayət deyildir. Enerji səmərəliliyinindən tam faydanın əldə olunması və “birinci dərəcəli yanacaq” səviyyəsinə yüksəldilməsi üçün güclü siyasi iradənin və idarəetmənin nümayiş olunması zərurəti yaranır.

        Bərpa olunan enerji karbon tullantılarını azaltmaqla inkişaf üçün lazım olan enerjinin əldə edilməsi şərtilə dayanıqlı inkişafa öz töhfəsini verir. Bərpa olunan enerjinin tətbiqi yalnız ətraf mühit və iqlim dəyişikliyi problemlərinin həlli deyil, eyni zamanda, enerji təhlükəsizliyi, yeni iqtisadi və sosial imkanlarının yaradılması, ilkin enerji resurslarının şaxələndirilməsi və müasir enerji xidmətlərindən kənar qalmış, ucqar bölgələrdə yaşayan sakinlər üçün enerji müəssərliyinin təminatıdır. Bərpa olunan enerji texnologiyaları sürətlə inkişaf edir və bunun sayəsində bərpa olunan enerji  qarışıq enerjiyə sürətlə inteqrasiya edir. Buna baxmayaraq, bir çox ölkələrdə bərpa olunan enerji siyasəti düzgün həyata keçirilmir. Bunun üçün bərpa olunan enerji mənbələrindən düzgün istifadə edilməsi üzrə  müvafiq inkişaf  proqramları  tətbiq oluna bilər.

        Enerji sistemləri. Gələcəyin enerji sistemlərinin tətbiqində enerji xammalının həcmindən daha çox enerji xidmətlərinin keyfiyyəti və onlara sərf olunan vəsaitlər nəzərə alınmalıdır. Dünyada yeni biznes modellərinə sürətli keçid baş verir. Bunun üçün yeni texnologiyalar və innovativ tədbirlərlə yanaşı  siyasi iradə də əsasdır. Enerji bazarında dəyişikliklər qaçılmazdır. Bu baxımdan, məqsədyönlü siyasət, inkişaf proqramları və təşviqat vasitəsilə birgə səylər sürətləndirilə bilər.  

         Müasir enerji xidmətlərindən istifadə. Müasir təmiz enerji xidmətlərindən istifadə qidanın hazırlanması, isitmə, işıqlandırılma, kommunikasiya, sağlamlıq və gigeyena – bir sözlə cəmiyyətin əsas ehtiyacları üçün əsas şərtdir. O da qeyd olunmalıdır ki, ənənəvi enerjinin əldə olunma yolları iqtisadi cəhətdən, etibarlı və keyfiyyətli xidməti özündə əks etdirmir. Qlobal İzləmə Çərçivəsində enerjinin əldə olunması üzrə daha müasir ölçü meyarları və onların tətbiq vasitələri əks olunur.

         Dayanıqlı gələcəkdə mədən yanacaqlarının rolu. Dayanıqlı inkişaf üçün enerjiyə daha geniş və kompleks baxılmalı, buraya cari enerji sistemlərinin hazırki vəziyyəti, perspektiv inkişafı və onun uzun dövr üçün dayanıqlığa və iqlim dəyişikliyinə uyğun olması, dünyanın dayanıqlı enerji gələcəyinə keçid yolu aid edilməlidir. Məsələyə real yanaşma göstərir ki, enerji səmərəliliyinin və bərpa olunan enerji payının qlobal qarışıq enerji sistemində artırılması  etibarlı, dayanıqlı və hamı üçün müasir enerji sistemlərindən istifadə üçün yetərli deyildir. Belə olan halda növbəti onilliklərdə mədən yanacaqlarının rolu haqqında dialoqun davam etdirilməsi zərurəti yaranır. Hətta iqlim dəyişikliyi ssenarisinin 2 C hədəf olduğu halda belə 2050-ci il üçün mədən yanacağının qlobal qarışıq enerjidə payı ən azı 40% olacaqdır. Əgər dünya ölkələri qlobal dayanıqlı inkişaf və iqlim dəyişkliyininə qarşı mübarizədə islahatlar aparmaqdadırsa,  ətraf mühitə və iqlim dəyişikliyinə minimal təsir ehtimalı ilə mədən yanacağından ən səmərəli qaydada istifadə məsələsinin həlli yollarının tapılması böyük əhəmiyyət kəsb edə bilər.

 

Qeydiyyatdan keçmək üçün link